
Pirbulaq (Keçmiş Novo-Spasovka) kəndinin maraqlı tarixi vardır. Bu kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Mərhum Surxay Məmmədov 1973-cü ildə Pirbulaq kəndinin sakinləri ilə söhbət etmiş olduqca maraqlı faktlar aşkarlamışdır. O yazır ki, XX əsrin sonlarında Malakanlar inancın yalnız ruh və həqiqətdə olduğuna inandığına görə Azərbaycana sürgün olunublar. Onlar Zaparoje Quberniyasınıb Spasovka kəndindən köçürüldükləri üçün yeni saldıqları kəndi də “Novo Spasovka” adlandırıb əkin biçinlə məşqu olmağa başılamışlar. Sürgün olunarkən yer seçimi azad olduğu üçün, onlar əsrlərlə toleranat ölkə kimi tanınan Azərbaycanı seçiblər. Münbit şəraiti, daimi keyfiyyətli su mənbəyi və düzənlik əraziləri olan Gədəbəy onlar üçün çox əlverişli olmuşdur. Ucsuz-bucaqsız əkin sahələrinə malik olan malakanlar qısa bir zamanda xeyli var-dövlət toplayaraq firəvan həyat sürmüş, haqq-ədalət prinsipinə əməl etmişlər. Surxay Məmmədovun yazdığına görə Malakanlar ilk dəfə bizim qonşu kəndimizə köçdükdən bir neçə il sonra onların dədə baba yurdundakı dini lideri, Luşkina adında bir qadın öz həmyerlilərinə baş çəkmək üçün Tiflisə, ordan da Slavyankaya gəlib. Malakanların yaşayışı ilə maraqlanıb. Bu qadını yeni salınan kəndlərdə nəzvazişlə qarşılayıb ziyafətlər veriblər. Luşkina on günə yaxın Novo-Spasovkada da qonaq olub. Onun şərəfinə Pirbulaqda neçə gün ziyafət verilib. Həmin qadın şərəfinə Pirbulaq “Luşkina buhor” adlanıb.