ÖzGədəbəy

Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikirinə görə, bu çox pis vərdişdir. Təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün çox faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium və s. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu “diri” su – ÖzGədəbəy sularıdır. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir. Suyun insan vücudu üçün həyati önəmi olduğunu bilməyən yoxdur. Az su içmək vücudun bütün tarazlığını alt-üst edə bilir. Bunun ziyanlı olmaması üçün isə təmiz, təbii və minerallarla dolu sular içmək lazımdır. Su qidalardakı lazımlı elementlərin emilimini, yəni kiçik molekullu qidaların, həzm sisteminin iç səthini çevrələyən bağırsaq epitel hüceyrələrinə, bu hüceyrələrdən də qan damarlarına keçirilməsini artırır. Həmçinin su təməl enerji qaynağıdır.