Haqqımızda

ÖzGədəbəy suyu – Tariximiz olduğu kimi!

Fabrikimizdə yalnız müasir standartlara cavab verən ən qabaqcıl avadanlıqlar istifadə olunur. Texnologiyalarımızda paslanmayan metallardan istifadə olunur.

Azərbaycanın Qərb hissəsində yerləşə tarixi məkan olan Gədəbəy nəinki öz tarixi ilə, həmçinin öz təbiəti ilə dünyaya səs salmağı bacarmışdır. Kiçik Qafqaz Dağlarının bir hissəsi olan Gədəbəyin hər daşı, hər yeri tarix qoxur. Gədəbəy öz tolerantlığı ilə də tanınıb. Gədəbəy Azərbaycanda malakanların məskən saldığı yerlərdən biridir. Qədim tarixi ilə, gözəl təbiəti ilə və ekoloji təmiz havası ilə tanınan Gədəbəydə çoxlu sayda təmiz və saf su mənbəyləri var. Çoxlu sayda bulağlar, çaylar axan bu dağlardaki sular həyat mənbəyidir. Bizim ÖzGədəbəy suları qədim tarixi ilə məhşurdur. ÖzGədəbəy suları Soyuqbulaq adlı bulağdan gəlir və sizin süfrələrinizin əvəzedilməz bir hissəsinə çevirilir. Sual yaranır ki, bütün bulaqlar soyuqdu, bəs bizim Soyuqbulaqın onlardan fərqi nədir?! İş orasındadır ki, Soyuqbulaq suyunda bir çox bulağlarda olmayan təbii özəlliklər mövcuddur. Soyuqbulaq suyunda bir çox həyat və sağlamlıq üçün önəmli minerallar vardır. Bu minerallar həmçinin sizin enerji mənbəyinizdir. ÖzGədəbəy suları uzun ömür mənbəyidir!

01
Su toplama

Yeraltı quyulardan su, suyun təmizlənmə şöbəsində paslanmayan polad saxlama tanklarına korroziyaya davamlı və sedimantrik borular vasitəsilə verilir.

02
Saflaşdırma

Su xüsusi avadanlıqlardan keçərək bütün mexaniki çirkləri, qazları, radioaktiv maddələri və kiçik hissəcikləri aradan qaldıraraq onu kristal aydınlığı verir.

03
Keyfiyyətə nəzarət

Bu mərhələdə su emala məruz qalır və bu, hər hansı mikrobioloji inklüzyonu neytrallaşdırıraraq və tan saf su halına gətirilir.

04
Qablaşdırma

Ən müasir Avropa istehsal xətləri - SIPA, Sidel və MAtrix - ÖzGədəbəy içməli suyun avtomatik doldurulması və qablaşdırılmasını təmin edir.



SUBSCRIBE
Weekly newsletter